MEP Xidmətləri

Minera Qrup olaraq, sifarişçinin təqdim etdiyi memarlıq layihəsinin təyinatına və obyektin funksional xüsusiyyətlərinə uyğun şəkildə müxtəlif mühəndis-kommunikasiya sistemlərinin layihələndirilməsi və montajını həyata keçiririk. Məqsədimiz – hər bir layihədə texniki səmərəliliyi, təhlükəsizliyi və uzunömürlülüyü təmin etməkdir.

Fəaliyyət sahəmizə aşağıdakı istiqamətlər daxildir:

  • İsitmə sistemləri – yaşayış, ictimai və sənaye obyektləri üçün müasir və enerji səmərəli isitmə həllərinin layihələndirilməsi və tətbiqi

  • Ventilyasiya və havanın kondisiyalaşdırılması (HVAC) – daxili hava keyfiyyətini və komfortu təmin edən sistemlərin qurulması

  • Su təchizatı və kanalizasiya sistemləri – etibarlı içməli su və tullantı suların idarəedilməsi infrastrukturlarının yaradılması

  • Nasos stansiyaları və su anbarları – su dövriyyəsini və ehtiyatların idarəsini təmin edən mühəndis həlləri

  • Qazanxanalar – müxtəlif gücdə və təyinatda qazanxana sistemlərinin layihələndirilməsi və istismara verilməsi

  • Yanğınsöndürmə sistemləri – sulu və qazlı yanğınsöndürmə sistemlərinin qurulması, təhlükəsizlik standartlarına uyğun dizayn və montaj

  • Elektrik təchizatı sistemləri – obyektin enerji təminatı üçün tam və etibarlı elektrik şəbəkələrinin qurulması

  • Zəif axın sistemləri – strukturlaşdırılmış kabel şəbəkələri, təhlükəsizlik, video müşahidə, girişə nəzarət, xəbərdarlıq və digər aşağı gərginlikli sistemlərin layihələndirilməsi və tətbiqi

Minera Qrup hər bir mühəndis həllində müasir texnologiyalara, beynəlxalq standartlara və yerli normativ tələblərəuyğunluğa xüsusi önəm verir. Təcrübəli mühəndis heyətimiz, innovativ yanaşmalarımız və peşəkar icra mexanizmimizlə, biz kompleks layihələrin uğurla həyata keçirilməsini təmin edirik.

Minera qrup şirkəti olaraq sifarişçinin təqdim etdiyi memarlığın təyinatına əsaslanıb, isitmə, ventilyasiya və havanın kondisiyalaşdırması, su – kanalizasiya, nasos stansiyaları, su anbarları, qazanxana, sulu və qazlı yanğın, elektrik və zəif axın sistemlərinin layihələndirilməsi və montajı həyata keçirilir.

 

Evrika Elm və Texnologiya Liseyi - MEP Xidmətləri

Ofis Binası - MEP Xidmətləri

test