Evrika Elm və Texnologiya Liseyi
Təhsil – Gələcəyin Təməl Prinsipidir
Təhsil və təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətə malik sahəsi olmaqla, onun siyasi, iqtisadi, sosial və mədəni inkişafını müəyyən edən əsas faktorlardandır. Təhsil həm də formalaşmaqda olan cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinin bünövrəsini yaradır. Bu səbəbdən, hər bir suveren dövlət təhsilin inkişafına xüsusi önəm verir və bu sahəni daim dəstəkləyir.
Liseyimizdə tədris və təlim mühiti
Liseyimiz şagirdlərin hərtərəfli inkişafını təmin etmək məqsədilə müasir təhsil tələblərinə uyğun şəkildə təşkil olunmuşdur. Burada təlim prosesinin keyfiyyətli və səmərəli şəkildə həyata keçirilməsi üçün aşağıdakı imkanlar mövcuddur:
Münbit tədris mühiti – rahat və texnoloji baxımdan zəngin sinif otaqları
Zəngin kitabxana – geniş ədəbiyyat fondu və elektron resurslara çıxış imkanı
İnnovativ fənn kabinetləri – İKT, rəsm, musiqi, şahmat otaqları və yaradıcı studiyalar
İdman və sağlamlıq imkanları – idman zalları, üzgüçülük hovuzu, tibb otağı
Sosial və mədəni inkişaf – akt zalı, tədbir və layihə platformaları
Qidalanma və təhlükəsizlik – gigiyenik yeməkxana, nəzarət sistemləri və onlayn izləmə kameraları
Texniki təchizat
Liseyin sinif otaqları müasir təhsil avadanlıqları ilə tam şəkildə təchiz olunmuşdur. Ağıllı lövhələr, proyektor sistemləri, rəqəmsal resurslara çıxış və təhlükəsizlik kameraları vasitəsilə həm tədrisin keyfiyyəti artırılır, həm də valideynlərlə əlaqə və nəzarət gücləndirilir.
English







