Təsisçi

Xudu Rzayev

Rzayev Xudaqulu Əhəd oğlu

“Minera” 30 il sizinlə!

Bu il “Minera MMC”nin 30 yaşı tamam olur. 37 illik biznes həyatımın 1996-cı ildən başlayan rəsmi 30 illik yolu Minera ilə birgə keçib. Eniş-yoxuşlu, gözəl və maraqlı bir yol keçmişik. Dövlətimizin yaratdığı imkanlar sayəsində yaxşı nailiyyətlərimiz olub. Yeni iş yerləri yaratmaqdan və dövlətimizin büdcəsinə vergi ödəməkdən həmişə qürur duymuşam. Günü-gündən inkişaf edən dövlətimiz, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi, xalqımızın və ordumuzun birliyi sayəsində 2020-ci il 8 noyabr tarixində möhtəşəm qələbə ilə torpaqlarımızı işğaldan azad etdi. Bu gün biz qürurlu xalqıq, bayrağımız ucalardan ucalardadır. Yaşamağa dəyərmiş, yaxşı ki, biz azərbaycanlıyıq!

Keçdiyimiz 30 illik yolda dürüstlük, işimizə sevgimiz və işimizə vicdanlı yanaşmaq həmişə həyat amalımız olmuşdur.

Dövlətimizə, kollektivimizə və bizimlə əməkdaşlıq edən tərəfdaşlara sonsuz təşəkkürlərimi bildirirəm!

Yaxşı ki, varsınız! 

Sevgi və sayğılarımla,
Xudaqulu Rzayev
Minera Group təsisçisi

 

test