Azadlıq Bağçalı Evlər
“Azadlıq Bağcalı evlər” yaşayış kompleksi Bakıda Nərimanov rayonunun Möhsün Sənani küçəsində, şəhər mərkəzindən dörd kilometr aralıda yerləşir. Yeni kompleksin ətrafında hər bir şəhər sakinin yaşayış keyfiyyətinin asılı olduğu bir çox infrastruktur obyektləri mövcuddur.
“Azadlıq Bağcalı evlər” yaşayış kompleksi – yuxarı mərtəbəsi çardaq şəkilində düzəldilmiş və yastı damı olan beş bloklu on altı mərtəbəli binadan ibarətdir.
Evin monolit dəmir beton çərçivəsi və davamlı monolit təməli var, divarların hörgüsü qırmızı keramik kərpiclə həyata keçirilir. Yeni bina konstruksiyasının seysmik müqaviməti qüvvədə olan normalara cavab verir. Binanın fasadı ekoloji cəhətdən təhlükəsiz, uzunmüddətli mineral yun ilə istilik izolyasiyası olunur və dekorativ suvaqla üzlənir.
“Azadlıq Bağcalı evlər” yaşayış kompleksi – şəhərin sıx tikintili inkişaf etmiş rayonunda tikilən, milli ənənələr nəzərə alınmaqla klassik üslubda layihələndirilmiş yüksək mərtəbəli binadır.


