EDU HOME Təhsil Mərkəzi
Edu Home Təhsil Mərkəzi müasir dövrün təhsil alanlarının əsas ehtiyaclarını nəzərə alaraq yaradılmış, hər yaş və səviyyəyə uyğun effektiv tədris proqramları təqdim edən qabaqcıl təhsil müəssisəsidir.
Mərkəzimizdə ali məktəblərə hazırlıq, lisey imtahanlarına hazırlıq, fənn olimpiadaları üzrə tədris, ibtidai sinfə hazırlıq və digər istiqamətlər üzrə kurslar təklif olunur. Bütün proqramlarımız şagirdlərin bilik səviyyəsi və fərdi xüsusiyyətləri nəzərə alınmaqla tərtib olunur.
Tədris prosesi müasir metodlar, texnologiyalar və təcrübəli müəllim heyəti ilə dəstəklənir. Əlavə olaraq, hər ay keçirilən sınaq imtahanları şagirdlərin zəif və güclü tərəflərinin müəyyən edilməsinə, eləcə də onların bilik boşluqlarının sistemli şəkildə aradan qaldırılmasına xidmət edir.
Edu Home olaraq əsas məqsədimiz – hər bir şagirdin potensialını tam üzə çıxarmaq və onları uğurlu gələcəyə doğru inamla addımlamağa hazırlamaqdır.






