Memarlıq
Peşəkar memarlıq xidmətləri – “ART SIDE STUDIO”
“ART SIDE STUDIO” müştərilərinə aşağıdakı peşəkar memarlıq və layihələndirmə xidmətlərini təklif edir:
İstənilən mürəkkəblikdə fərdi və həyət evlərinin, kiçik memarlıq formalarının, yardımçı tikililərin (qonaq evləri, yay mətbəxləri, hamamlar, qarajlar, talvarlar və s.), həmçinin konstruksiya və hasarların eskizlərinin hazırlanması, memarlıq və tikinti layihələrinin işlənməsi;
Pavilyonların, köşklərin, dayanacaqların, açıq reklam konstruksiyalarının və digər memarlıq həllərinin layihələndirilməsi;
Evlərin və mənzillərin, eləcə də yuxarıda qeyd olunan obyektlərin yenidən qurulması və planlaşdırılması;
Digər layihəçilərə məxsus smeta və layihələrin audit olunması və düzəlişlərin aparılması;
Əsas tikinti işlərinin xərc hesablamalarının hazırlanması;
3D modelləşdirmə və vizuallaşdırma xidmətləri;
Müəllif nəzarəti və texniki nəzarət;
Torpaq sahəsinin seçilməsi, ev və ya layihənin alınması, müvafiq sənədlərin rəsmiləşdirilməsi, layihələndirilməsi, tikintisi, istismara verilməsi və sökülməsi üzrə məsləhət xidmətləri.
English










