Profil

Minera Profil, Minera Şirkətlər Qrupunun bir bölməsi olaraq, alçipan və PVC profilləri, həmçinin bu məhsullara aid aksesuarların istehsalı və satışı ilə məşğuldur. Şirkət məhsullarını AZS və TSE standartlarına uyğun, ISO keyfiyyət sertifikatları əsasında təqdim edir.

Minera Profil 2008-ci ildə “Baytaş-Bakı” ilə birgə təsis olunmuş və qısa müddətdə yerli bazarda tanınan istehsalçıya çevrilmişdir. İstehsal prosesində istifadə olunan xammal əsasən Türkiyənin nüfuzlu şirkətləri olan Tatmetal, Tezcan, ASSAN və Qazaxıstanın ArcelorMittal şirkətlərindən gətirilir.

Məhsullar həm keyfiyyətinə, həm də davamlılığına görə tikinti sektorunda geniş tətbiq sahəsinə malikdir və müxtəlif layihələrdə etibarlı seçim kimi tanınır.

test