Plast
2013-cü ildən etibarən fəaliyyət göstərən Minera Plast müxtəlif növ plastik məhsulların istehsalı sahəsində ixtisaslaşmışdır. Şirkət tikinti sektoru başda olmaqla, sənaye və digər sahələrdə geniş istifadə olunan yüksək keyfiyyətli plastik məmulatların istehsalı ilə məşğuldur.
Minera Plast istehsal prosesində müasir texnologiyalardan və keyfiyyət standartlarından istifadə edərək, davamlı, funksional və etibarlı məhsullar təqdim edir. Müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edən şirkət, sifarişlər əsasında məhsulların rəng və ölçü parametrlərini müştərilərin tələblərinə uyğun şəkildə fərdiləşdirir və vaxtında təhvil verir.
Keyfiyyətə nəzarət, çevik istehsal imkanları və peşəkar yanaşma sayəsində Minera Plast etibarlı tərəfdaş kimi bazarda mövqeyini daim gücləndirir.




