Təhsil
Parlaq gələcəyin zəmanəti
Övladlarınızın gələcəyini birlikdə inşa edək. Onların cəmiyyətdə parlaq fərd, vətənpərvər vətəndaş və savadlı, dünyagörüşlü şəxsiyyət kimi formalaşması aldığı təhsildən bilavasitə asılıdır.
Milli-mənəvi dəyərləri, vətənpərvərlik hissini, bilik və bacarıqları birləşdirən, şəxsiyyətyönümlü və fərdi yanaşmaya əsaslanan təhsil modeli ilə şagirdlərini yalnız Azərbaycan üçün deyil, dünya arenası üçün də peşəkar kimi yetişdirən özəl təhsil ocağıdır.
Montessori prinsiplərinə əsaslanan təhsil yanaşması, uşaqların fiziki, emosional, intellektual və sosial inkişafını dəstəkləyən mühit yaradır. Burada ömür boyu öyrənmə sevgisi formalaşır və müstəqil, mərhəmətli, düşüncəli fərdlər yetişdirilir.
Ali məktəb, lisey və olimpiada imtahanlarına peşəkar hazırlıq – təcrübəli müəllimlər və innovativ metodlarla potensialınızdakı gücü üzə çıxarın.
Elm və texnologiyanın vəhdətində qurulan müasir təhsil mühiti, zəngin kitabxana, laboratoriyalar, incəsənət və idman otaqları, ağıllı siniflər və innovativ avadanlıqlar ilə şagirdlərin hərtərəfli inkişafını təmin edir.
Müasir tədris və inkişaf imkanları ilə uşaqların fiziki, psixoloji və intelektual inkişafı təmin edilir, burada sağlam, dünyagörüşlü və düşüncəli gələcəyin nəsli yetişir.